Baş nazir Əli Əsədov Azərbaycanın 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2023-cü il aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprelin 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.