Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, sabah Milli Məclisin deputatı Anatoliy Rafailovun 70 yaşı tamam olur.