10 Aprel 2023 10:35
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2023-cü ildə də həyata keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin əlavə olaraq 2022-ci ildə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər