13:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq olunub.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Onun sözlərinə görə, hazırda komitənin sifarişi ilə 16 baş plan üzərində iş gedir:

"Onlardan 9-u yekun mərhələdədir. Müvafiq qurumlarla razılaşdırma işi başa çatıb. Daha sonra Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunacaq. Onlarda biri də İsmayıllı şəhərinin baş planıdır ki, bu da yekun mərhələdədir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər