13:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qəzalı binaların olduğu ünvanlar müəyyən edilib. Əhalinin müraciətləri əsasında həmin ünvanların müayinəsi aparılıb.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sərdi qeyd edib ki, müəyyən olunan ərazilərlə bağlı Nazirlər Kabinetinin tapşırığı var:

"7000 mindən çox mənzil təhlil edilib, bir neçə ünvanla bağlı işlər başlayıb. Özəl şirkətlər investor qismində də cəlb olunub. Dövlət vasitəsi ilə də qəzalı vəziyyət aradan qaldırılacaq. 1000 mənzillə iş aparılır. Özəl qiymətləndiricilər dəvət olunub. Artıq 600-dən çox ailənin problemi həll edilib".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər