13:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında bu il də müxtəlif istiqamətlərdə müsbət inkişaflar olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, aprel ayında ilk dəfə olaraq iki ölkə arasında dövlət sərhədinin bəlli bir hissəsinin delimitasiyası və demarkasiyası həyata keçirildi:

"Avqust ayında iki ölkə tərəfindən delimitasiya komissiyalarının reqlamentinin təsdiq olunması, eyni zamanda bu istiqamətdə işlərin davamlılığını qeyd edə bilərik. Sülh müqaviləsi üzrə də çoxsaylı görüşlər keçirilib. Sülh mətni üzrə mübadilələr davam etdirilib. Açıq sualların hələ də qalmasına baxmayaraq, bəlli irəliləyişlər də əldə olunub".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər