Ermənistanla danışıqlar 15 maddə və preambula istiqamətində razılaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir əlavə edib ki, iki maddə hələ də açıq qalıb.
İşlərin davam etdiyini söyləyən nazir qeyd edib: "Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Son zamanlar Ermənistan tərəfdən eşidilənlər bizi qane etmir. Ermənistan Konstitusiya Məhkəməsində qərar olub ki, bu da məsələni mürəkkəbləşdirib. Qərara əsasən qeyd olunur ki, preambula dəyişməzdir".