"İşğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, buna səbəb orada daimi yaşayışın olmamasıdır: "Qısa zamanda bu məsələ də həll olunacaq".