27 May 2023 23:50
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ICESCO-nun Baş direktoru cAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Zati-alinizə və xalqınıza salamlarını və təbriklərini çatdırmaqdan şərəf və fəxarət hissi duyur.

ICESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazır olduğuna sadiqliyini bildirir. Biz bu əlamətdar günü Sizinlə və bütün xalqınızla birlikdə qeyd edirik.

Hazırda və gələcək illərdə ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.


Müəllif: Teleqraf.com