Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib.
Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlayıb.
O qeyd edib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb: “Bu, başadüşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi minlərlə humanitar əlaqələr və təmaslar birləşdirir.
Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”.