2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.
Ümumilikdə sinif otaqları, o cümlədən çöl-səhra şəraitində keçirilən yoxlamaların məqsədi şəxsi heyətin fərdi və praktiki hazırlığının qiymətləndirilməsidir.