1 Noyabr 2023 11:30
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır. Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Digər dəyişikliklə isə Azərbaycanda elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normalarına yenidən baxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər