Sementin bəzi növləri əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarında dəyişikllik edilib.
Dəyişikliyə əsasən, “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”ndan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement; supersulfat sementi və analoji hidravlik sementlər çıxarılıb.