5 Mart 15:59
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ildə 27 ölkəyə rəsmi və işgüzar səfərlər həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycan xarici işlər naziri Özbəkistan, Türkiyə, Misir, Qətər, Belçika, İsrail, Fələstin, Tacikistan, ABŞ, Litva, İslandiya, Rusiya, Avstriya, Slovakiya, Böyük Britaniya, Macarıstan, Xorvatiya, İsveçrə, Qırğız Respublikası, Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Qazaxıstan, Serbiya, Mərakeş və Şimali Makedoniyada rəsmi və işgüzar səfərlərdə olub.

Nazir həm bu səfərlər, həm də müxtəlif beynəlxalq platformalar (BMT-nin Baş Assambleyasının 78-ci sessiyası, ATƏT Nazirlər Şurasının iclası, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası və s.) çərçivəsində xarici həmkarları ilə 70-dən çox görüş keçirib.


Müəllif: Teleqraf.com