Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabelindəki Geoloji Kəşfiyyat Agentliyi, həmçinin Geodeziya və Kartoqrafiya Agentliyinin sərəncamında qalan vəsaitin istifadə qaydası müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərarlar imzalayıb.
Qərarlara əsasən, hər iki qurumun sərəncamında qalan vəsait nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayrılacaq.