16 İyul 15:12
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunun icra başçısı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər