18 Sentyabr 13:57
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarında dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilib:

- eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;

- eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər;

- nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;

- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;

- əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər;

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;

- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər;

- xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;

- mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.

Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla, ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər