27 Sentyabr 2020 16:23
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağda situasiyanın gərginləşməsiylə əlaqədar tərəfləri atəşkəsi bərpa edib, intensiv danışıqlar aparmağa çağırıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edilib ki, bu gün Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiya Xarici İşlər naziri Sergey Lavrova zəng edib. Tərəflər arasında Qarabağdakı vəziyyətin müzakirə edildiyi açıqlanıb.

Zaxarova, həmçinin Lavrovun Mnatsakanyanla danışıqlardan sonra Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla da telefon danışığının keçiriləcəyini söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər