İşğalçı Ermənistan dünəndən başlayaraq öz layiqli və sərt cavabını almaqdadır. Azərbaycan torpaqlarının uzun müddət işğalda saxlanılması, ərazi bütövlüyümüzü tanımaq istəməməsi, danışıqlardan imtina etməsi Dağlıq Qarabağ probleminin həllinin çox böyük bir düyünə salır. Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacağını və bu problemi əbədi olaraq saxlamaq fikrində olmadığını dəfələrlə elan edib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, torpaqlarımıza sahib olmaq hüququndan istifadə edərək dünəndən başlayaraq Silahlı Qüvvələrimiz işğal altında ərazilərimizin azad olunması üçün ciddi və uğurlu hərbi əməliyyat aparır:
“Bu məsələ Azərbaycanın sentyabr döyüşlərinə çox ciddi hazırlığı nəticəsində baş verir. Ölkədə çox böyük ruh yüksəkliyi mövcuddur. Cəmiyyət cənab Ali Baş Komandanın Dağlıq Qarabağın azadlığı istiqamətində apardığı siyasəti dəstəkləyir. İqtisadiyyatımızn güclənməsi Silahlı Qüvvələrə ən müasir silahların alınması, döyüş hazırlığının möhkəmlənməsi ilk gündən başlayaraq uğurlarımızın artmasından xəbər verir. Hazırda döyüşlər davam edir. Qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində hər gün böyük uğurlarımızın olacağı şübhəsizdir. Tam qələbənin əldə ediləcəyi əminliklə gözləniləndir”.
Millət vəkili bildirib ki, artıq dünəndən beynəlxalq ictimaiyyət bu məsələyə öz münasibətini bildirməyə başlayıb: “Maraqlı məqam ondan ibarətdir ki, heç bir ölkə bu məsələdə işğalçı Ermənistanın mövqeyini müdafiə etmədi. Tərəfləri danışıqlara çağıırsalarda, beynəlxalq ictimaiyyət, xarici dövlətlər Ermənistanın öz ərazisindən kənarda döyüş apardığını və qonşu ölkənin ərazi pozduğunun fərqindədir”.
Aydın Mirəzadə vurğulayıb ki, hazırda Azərbaycan Ordusunun döyüş əzmi kifayət qədədr yüksəkdir: “Cənab Prezident, Ali Baş Komandanın xalq müraciəti, Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər onu göstərir ki, Azərbaycan torpaqlarının işğaldan azad etməsi üçün başladığı döyüşləri qələbə təmin olunana qədər davam etdirmıək əzmindədir. Əgər aparılan siyasət cəmiyyət tərəfindən dəstəklənirsə, xalq öz ordusunun yanındadırsa, onunla birlikdə qələbə qazanmaq üçün mübarizə aparmağa hər an hazırdırsa heç şüb şübgəsiz ki, gözlənilən nəticələr əldə olunacaq. Qələbə bizmləridr. Bu bizim haqq yolumuzdur. 2020-ci ilin sentyabr döyüşləri tariximizin ən şanlı səhifələrindən biri olacaq”.