“İran, Rusiya və Türkiyə mövcud ziddiyyətlərin sülh yolu ilə həll olunmasında Azərbaycan və Ermənistana kömək edə bilərlər”.
Teleqraf.com xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbi deyib.
“Biz inanırıq ki, Ermənistan və Azərbaycan arasındakı qarşıdurma sülh yolu ilə həll olunacaq. İran, Türkiyə və Rusiya qonşu ölkələrə BMT qətnamələrini yerinə yetirməkdə və ziddiyyətləri qeyri-hərbi yolla həll etməyə kömək edə bilər”, - Rəbi bildirib.