Ermənistanda yerləşən Müqəddəs Gregori İlluminator xəstəxanası pandemiya xəstəxanası kimi fəaliyyət göstərirdi. Ölkədəki müharibə vəziyyət səbəbilə oktyabrın 1-dən etibarən yenidən profillənməli və hərbi xəstəxanaya çevrilməli idi.
Teleqraf.com xəbər verir ki, təxminən bir ay əvvəl Ermənistanda virusa yoluxanların sayı 200-250 idisə, hazırda bu rəqəm iki-üç dəfə artıb.
Xəstəxananın mətbuat xidməti hazırkı vəziyyətdə Qarabağdan Ermənistana köçənlər arasından koronavirus xəstəliyi yayıldığını təsdiqləyib.