11 Oktyabr 2020 21:38
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Tvitter hesabında Moskvada əldə edilmiş atəşkəs qərarına baxmayaraq, Ermənistanın mülki insanları hədəf alan hücumlarına davam etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Şəntop bu hücumların birbaşa olaraq mülki insanları hədəf aldığından müharibə cinayətləri olduğunu və cinayətkarın mühakimə edilməli olduğunu vurğulayıb.

“Moskvada atəşkəs qərarı olsa da Ermənistan mülki insanları hədəf alan hücumlarına davam edir. Bu hücumlarda birbaşa mülki əhali hədəf alındığı üçün müharibə cinayətləridir, mühakimə olunmalıdır. Ermənistan indi qlobal bir problemdir”, - spiker deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər