Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Xankəndindən təcili İrəvana gələrək Baş nazir Nikol Paşinyanla görüşürlər.
Teleqraf.com erməni media resurslarına istinadla xəbər verir ki, keçmiş “prezidentlər” İrəvanda hökumət binasında Nikol Paşinyanla müzakirələr aparırlar.
Separatçı Saakyan və Qukasyan dünən erməni baş nazirin Milli Təhlükəsizlik Şurasının iclasında və siyasi partiyalarla görüşdə səsləndirdiyi fikirlərdən narahat olublar. Bu fikirlərin nədən ibarət olduğu isə açıqlanmır.
Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib ki, onda belə bir informasiya yoxdur.