İmzalanmış üçtərəfli bəyanata əsasən Ağdərə rayonunun Qızıl Kəngərli (Nor Maragha), Mollalar (Nor Ayqestan), Seysulan (Nor Seysulan), Papravənd (Nor Karmirovan), Boyəhmədli (Nor Aykacur), Əliağalı (Ovtaşen) və Çiləbürt (Nor Craberd) kəndləri Azərbaycana qaytarılır.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Bildirilir ki, bu kəndlərin 2000-dən çox sakininin əmlakının çıxarılması, müvəqqəti mənzil və digər vasitələrlə təmin edilməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, Ağdərə rayonunun ləğvindən sonra həmin kəndlərin inzibati bölgüsü aparılıb.
Bu kəndlər hazırda Ağdam rayonunun inzibati ərazisinə aiddir.