25 Noyabr 2020 14:41
3 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağda müharibə bitdikdən sonra bölgədə telefon və internet rabitəsi kəskin şəkildə pisləşib. Dağlıq Qarabağdan Ermənistana zəng etmək demək olar ki, mümkün deyil, insanlar yalnız zəif internet bağlantısı ilə əlaqə qururlar”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

“Müvafiq orqanlar problemin düzəldiləcəyini bildirsə də, bunun bölgədə yaşayan ermənilərin Ermənistandakı siyasi hadisələri izləyə bilməmələri üçün məqsədyönlü bir məlumat blokadası olduğu şübhəsizdir.

Millət vəkili David Qalstyan dünən qəzetin müxbirinə verdiyi müsahibədə ən şiddətli döyüşlər dövründə də rabitənin problemsiz işlədiyini, indi isə olmadığını söyləyib.

Qaltsyan hesab edir ki, bu, bölgədə yaşayan insanların Ermənistanda nə baş verdiyini bilməməsi üçün qəsdən yaradılmış məlumat blokadasıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu