3 Dekabr 2020 13:37
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərində xidməti fəaliyyətini bərpa edib.

Kəndlərin ərazisində təhlükəsizliyi təmin etmək üçün sahə inspektorları təyin edilib və xidməti post qurulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər