Rus sülhməramlıları tərəfindən Qarabağın Əsgəran bölgəsində hərbi həkimlərin işini təmin etmək üçün çoxfunksiyalı briqadalar yaradılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Eyni zamanda ucqar kənd və rayon əhalisinə yardım göstərmək üçün psixoloji xidmətlər də daxil edilib.
Qarabağda yaşayan ermənilər əsasən müxtəlif xroniki xəstəliklər, ürək-damar, endokrin xəstəlikləri, həmçinin stomatoloji xidmətlərlə bağlı müraciətlər edir.