7 Dekabr 2020 23:58
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il aprel zəfərinin ildönümündə Lələtəpədə hərbçilərimizlə görüşərkən gənc əsgərimizin mənim üçün topladığı lalə və çobanyastığından ibarət çiçək dəstəsini özümlə Bakıya gətirdim. Bir neçə gün suda saxladıqdan sonra təbii ki, lalələr ləçəklərini tökdülər. Çobanyastığını isə qızım Nigarın gildən hazırladığı balaca güldanda Qarabağın işğaldan azad olunacağı vaxtadək saxlamağı qərara aldıq.

Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

“O vaxtdan bəri gözümün önündə olan bu qurumuş çobanyastığı dəstəsi hər keçən gün, hər açılan səhər o yerlərə qayıdacağımıza ümidlərimi artırıb, inamımı möhkəmləndirsə də, düzü niyyətimizə bu qədər tez çatacağımızı təsəvvür etməzdim. Amma bütün bunlara rəğmən Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu bütün xəyallarımızı və arzularımızı reallığa çevirdi”, - deyə Bahar Muradova vurğulayıb.

Bahar Muradova qeyd edib ki, indi isə səbrsizliklə növbəti aprel ayını, yeni lalə və çobanyastığı mövsümünü gözləyir: “Onları görüşdürmək istəyirəm. Tanrı xalqımızı bütün niyyətlərinə çatdırsın!”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər