Ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar.
Teleqraf.com Konkret.az-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da çoxsaylı elan yerləşdirilib.
Portaldan aydın olur ki, son vaxtlar Xankəndidəki ermənilərin öz əmlaklarını satışa çıxarması halları artıb.
Diqqətçəkən məqam odur ki, satışa çıxarılan evlərin əksəriyyəti mebel və məişət avadanlıqları ilə birgə alıcılara təqdim edilir.