22 Dekabr 2020 15:10
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan humanitar yardım gətirən 35 vaqon Dağlıq Qarabağa yetişib. Bu, dəmiryolu ilə göndərilən yüklərin ən böyük partiyasıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

“Rusiyadan humanitar yardım gətirən 35 vaqon Dağlıq Qarabağın zərər çəkmiş rayonlarında paylanması üçün bölgəyə gətirilib. Bu, dəmiryolu ilə göndərilən yüklərin ən böyük partiyasıdır. Rusiya FHN-in mütəxəssisləri indiyədək doqquz vaqonu və beş platformanı boşaldıblar”, – deyə məlumatda ​​deyilir.

Qeyd olunur ki, qarşıdakı dövrdə beş yanğınsöndürmə avtosisterni, dörd UAZ minik avtomobili, on dizel generatoru, 280 kubmetr taxta materialı və təxminən 35 min ədəd məişət avadanlığı da daşınmağa hazırdır. Ümumilikdə 250 ton həcmində yük boşaldılıb.

“Sözügedən texnika və məişət əşyaları Xankəndinə Rusiya Fövqəladə Hallar Nazirliyinin 25 yük maşını ilə çatdırılacaq. Daha sonra yük bölgənin rayonları arasında bəndlər üzrə bölüşdürüləcək”, – məlumatda qeyd olunur.


Müəllif: Səxavət

Oxşar xəbərlər