Azərbaycanlılar Sünik (Zəngəzur) bölgəsinin Şurnux kəndinin sakinlərinə yanvarın 5-nə qədər vaxt veriblər.
Teleqraf.com erməni mediasına istinadən bildirir ki, bu sözləri kəndin bələdiyyə sədri Akop Arşakyan Feysbuk səhifəsində bəyan edib.
O, əlavə edib ki, bu, utancverici haldır: “İndi hər şey şansa qalıb".
Məlumata görə, əraziyə gələn Azərbaycan nümayəndələri bu haqda 10 gün əvvəl Ermənistan tərəfinə məlumat verdiklərini bildiriblər. Kənd sakinləri isə qeyd ediblər ki, bu barədə onlara erməni rəhbərliyi heç nə deməyib.
Qeyd edilir ki, azərbaycanlılar əvvəl kəndin yarısının-ondan çox evin onlara məxsus olduğunu bildirib və yerli sakinlərə yanvarın 2-nə qədər ərazini tərk etmək üçün möhlət vermişdilər.
Onu da əlavə edək ki, kəndin erməni sakinləri bir neçə gn əvvəl Gorus-Kafan yolunu bağlayaraq etiraz ediblər.