Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılması üçün Azərbaycana gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.
Yanvarın 4-də göyərtəsində FHN pirotexniklərinin olduğu İl-76 təyyarəsi Azərbaycana yola düşüb.
Qeyd olunur ki, humanitar missiya çərçivəsində minalardan təmizləmə işləri Ağdam rayonunda həyata keçiriləcək.