Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Xankəndi poliqonunda bir sıra təlim tapşırıqlarını yerinə yetiriblər.
Teleqraf.com xəbər verir ki, hərbçilər pulemyot və avtomatlardan, snayper tüfənglərindən və tank əleyhinə qumbaraatanlardan müxtəlif hədəflərə atəş məşqini icra ediblər.
Ümumilikdə, 200-ə yaxın rus hərbçi döyüş hazırlığına cəlb olunub.
Təlimdən videogörüntüləri təqdim edirik: