Qubadlıda yarımstansiyanın tikiləcəyi yer minalardan təmizlənib.
Bunu Teleqraf.com-un Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) bölmə rəhbəri Bəhruz Namazov deyib.
Onun sözlərinə görə, sözügedən sahə 24 min kvadratmetr ərazini əhatə edir:
“”Azərenerji”nin müraciəti əsasında Qubadlı rayonunun girişində yarımstansiyanın inşası üçün 24 min kvadratmetr ərazi minalardan təmizlənib. Əlavə olaraq burada “Azərişıq” ASC-nin müraciəti ilə işıq xəttinin çəkilməsi üçün 39 min kvadratmetr ərazi ANAMA tərəfindən təmizlənib”.