"Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən əcnəbi blogerlərin Ağdama səfəri başa çatıb.
Blogerlər Füzuliyə yola düşüblər. Onların Füzulidə erməni vandallığına məruz qalmış bir sıra yerlərdə olacağı planlaşdırılır.
Qeyd edək ki, blogerlər daha əvvəl Cümə Məscidini ziyarət etdikdən sonra, Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər. Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar. /Report/