5 İyun 2021 12:52
2 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda ermənilərlə Rusiya sülhməramlı kontingentin hərbçiləri arasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, gərginlik sülhməramlıların bir avtomobili yoxlaması zamanı yaranıb.

Olaya Qarabağdakı separatçı rejimin “təhlükəsizlik xidməti”nin zabitlərinin qarışdığı iddia olunub.

Qeyd edilib ki, bir avtomobil “dayan” xəbərdarlığına baxmayaraq, hərəkətini davam etdirib. Sürücünün avtomobili sülhməramlıların üstünə sürdüyü bildirilib. Həmin vaxt avtomobildə erməni zabitlərinin olduğu deyilib. Sülhməramlıların buna sərt cavab verdiyi qeyd olunub.

Olaydan sonra zabitlərin “təhlükəsizlik xidməti”ndən uzaqlaşdırıldığı bildirilib.

Məsələ ilə əlaqədar araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər