ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde bu gün ATƏT-in Ermənistan və Azərbaycan arasında münasibətlərin həlli üçün səy göstərdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri deyib:
“Şəxsi nümayəndəm bu məsələdə çox fəaldır. Vəziyyəti müzakirə etmək üçün dünən onunla görüşdüm. ATƏT-in Minsk Qrupu həmsədrləri də müsbət addımlar atmağa çalışırlar. Bu müddət ərzində 15 erməni hərbçi Ermənistana qayıtdı, Azərbaycana mina sahələri barədə məlumatlar verildi. Düşünürəm ki, etimad yaratmağın bir yolu budur. Bu məsələdə Gürcüstan və ABŞ mühüm rol oynadı”.
Ann Linde daha sonra bildirib:
“Mən Ermənistan və Azərbaycanı dialoqa getməyə və ATƏT-in Minsk Qrupunun himayəsi altında yüksək səviyyəli danışıqları bərpa etmək üçün bu cür müsbət addımları davam etdirməyə çağırıram. Bu, qalıcı bir siyasi həllin yeganə yoludur”.