Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib.
Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, 20-21 yaşlı iki erməni dünən axşam saatlarında Ermənistan tərəfinə təhvil verilib.
Erməni mülki vətəndaşları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib.
***
08:05
Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb. Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.