Rusiya sülhməramlı kontingentinin hərbçiləri Laçın dəhlizi vasitəsilə İrəvandan Xankəndi şəhərinə aparılan 10 ton humanitar yük karvanın təhlükəsizliyini təmin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd edilib ki, 10 ton yük İrəvandan bu gün Xankəndinə çatdırılıb. Yükə adyal, uşaq oyuncaqları, şirniyyat və paltarın daxildir. Bütün bunlar Yeni il bayramı ərəfəsində Qarabağdakı erməni uşaqlarına təqdim olunacaq.
Xeyriyyə qurumlarından göndərildiyi iddia olunan yük Moskvadan Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə çatdırılıb.