Füzuli rayonunun Horadiz dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Horadiz dəmir yolu stansiyası ərazisindən 2 ədəd qumbara, 1 ədəd qumbaraatan mərmisi, 1 ədəd “AK-74” markalı avtomat silahı, 1496 müxtəlif çaplı patron, 1 ədəd “R-392” markalı radiostansiya, 2 ədəd qumbara alışdırıcısı və 3 ədəd patron darağı tapılıb.