Deputat Cavanşir Feyziyevin Feysbuk səhifəsində Fransa parlamentinin deputatı Natali Gulenin Xocalı soyqırımı ilə əlaqədar çıxışını yayımlayib.
Teleqraf.com xəbər verir ki, Fransa Senatında Normandiyanı təmsil edən senator Natali Qule Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı video-müraciətində belə deyib:
“... Bu günkü ismarıcımı Azərbaycan xalqına və 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı Qətliamının qurbanlarının ailələrinə ünvanlamaq istəyirəm. Məqsədim Xocalıya Ədalət tələb etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində yaranmış bu günkü siyasi reallıq şəraitində keçən il olduğu kimi, bu il də Xocalı qurbanlarını bir daha yad etmək olduqca vacibdir. Mən öz doğma torpaqlarına qayıdan ailələrə ən xoş arzularımı bildirərək onlara əmin-amanlığa və xüsusilə ədalətə qovuşmağı arzulayıram. Hesab edirəm ki, ədaləti bərpa etmək üçün müvafiq bir prosesə ehtiyac var ki, bu da Beynəlxalq Cinayət Tribunalı ola bilər. Bütün hallarda, mənim üçün yalnız bir həqiqət var: Qarabağ-Azərbaycandır.
Bilirəm ki, siz Fransanın bu məsələlərdə Ermənistanın tərəfində durması haqqında çox eşidirsiniz, amma buna baxmayaraq mənim mövqeyim birmənalıdır. Mən Azərbaycanın dostuyam, həmişə dostu olaraq qalacam və Xocalıya Ədalət tələb edirəm!”