Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinə daxil olmasına qadağa qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq nazirin rəhbəri olduğu “İrs” Partiyası bəyanat yayıb.
Məlumata görə, Ermənistanın ilk xarici işlər naziri dünən axşam saatlarında Xankəndiyə getmək istəsə də Rusiya sülhməramlıları ona mane olublar.
Keçid məntəqəsindəki rus hərbçiləri erməni siyasətçiyə komandirlərinin əmrinin olduğunu əsas gətirərək, Qarabağa buraxmayıblar.
Ovannisyanın məsələni Xankəndidəki separatçı rejimlə dəqiqləşdirmək səyləri də nəticəsiz qalıb.