Laçın və Zabux kəndində məskunlaşdırılmış ermənilər Xankəndidə deyil, Ermənistanda yaşamaq istəyirlər.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, onlara evlərini tərk etmək üçün avqustun 25-dək vaxt verilib.
Separatçı “Dağlıq Qarabağın ərazi və infrastruktur naziri” Hayk Xanumyan Laçın və Zabuxu tərk edən ermənilərə evlərini yandırmamaq "tapşırığı" verib.
“Amma biz evləri yandıracağıq, çünki içimiz nifrətlə doludur. Bizim ordumuz, dövlətimiz məhv edilib. İndi bizə terrorçu kimi baxırlar. Burada qalsaq türklər bizi məhv edəcəklər. Boş yerə burada qalıb ölmək istəmirik"
Qeyd edək ki, Zabux kəndindən ümumilikdə 204 sakin təxliyə olunacaq.