“Laçın şəhəri və Zabux kəndindəki ermənilərin çıxarılması Ermənistan dövləti səviyyəsində təşkil olunub”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri aidiyyəti dövlət qurumlarına məxsus avtomobil və maşınların bütün günü yük daşıdıqlarını bildirib:
“Ailələrin çoxu Ermənistana, bəziləri isə Qarabağın digər ərazilərinə köçüb. Xankəndində bizə dedilər ki, Laçındakı ermənilərin yalnız 10-15 faizi Qarabağda qalmaq istəyini bildirib. Laçın və Qarabağın boşaldılması tapşırığının Nikol Paşinyandan gəldiyinə artıq şübhə yoxdur. Əks halda, çıxarılanlar Qarabağa köçürülməli idi, onlara seçim verilməzdi: Ermənistan, yoxsa Qarabağ.
Bu insanlar Ermənistana köçməyə üstünlük verirlər, çünki onlar düşünürlər ki, Xankəndi və Qarabağın digər yaşayış məntəqələri də nə vaxtsa Paşinyanın qərarı ilə boşaldılacaq”.