11 Avqust 2022 18:45
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin saytı məlumat yayıb.

Qeyd olunur ki, deputatlar Laçın şəhəri, Zabux və Sus kəndlərinə baş çəkib, oradan köçürüləcək ermənilərlə görüşəcəklər.

"Hayastan" blokunun lideri Ermənistanın keçmiş prezident Robert Köçəryandır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib.


Müəllif: Teleqraf.com