Ermənistan hökuməti Teq-Kornidzor yolunun 11.8 km-lik hissəsinin tikinti işlərinə 5.5 milyard dram (12.8 milyon ABŞ dolları) ayırıb.
Teleqraf.com xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Ermənistan tərəfində çəkilən yolun bu hissəsi Laçın dəhlizinə alternativ inşa edilən marşruta aparır. Artıq Azərbaycan Laçın dəhlizinə alternativ yolun tikintisini yekunlaşdırıb.