Ermənistanın təxribatı nəticəsində şəhid olan Turxan Süleymanov torpağa tapşırılıb.
Teleqraf.com-un məlumatına görə, 2002-ci il təvəllüdlü Turxan İdris oğlu Süleymanovun nəşi ailəsinin yaşadığı Daşkəsən rayon Quşçu kəndinə aparılıb.
Şəhid Daşkəsəndə Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.
Şəhid böyük iztahamla torpağa tapşırılıb.
Allah rəhmət eləsin!