10 Noyabr 2022 10:05
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində ilk olaraq Cıdır düzünə baş çəkiblər.

Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin unikal əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər.

O vurğulayıb ki, ərazi çətin reylefə malik olduğundan yüngül silahlarla silahlanmış xüsusi təyinatlı bölmələrimiz qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurub və düşmən üzbəüz döyüşdə məhv edilib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şuşanın azad edilməsinin müharibənin taleyini həll etdiyini, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.

Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Türkiyə cəmiyyətinin Azərbaycanın qələbəsini səbirsizliklə gözlədiklərini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiklərini vurğulayıb.

İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, Türkiyədə Azərbaycan Silahlı Qüvvələri üçün hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini danışıb.

Türkiyə qaziləri daha sonra Şuşanın tarixi yerlərini ziyarəti davam etdiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər