10 Noyabr 2022 17:27
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İki il əvvəl bu gün İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli bəyanat - Ermənistanın de-fakto kapitulyasiya aktı imzalanıb”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, İrəvan bu bəyanatlar üzərinə bir sıra öhdəliklər götürüb, amma bunların əksəriyyəti Paşinyan hökuməti tərəfindən hələ də yerinə yetirilməyib:

“Bu gün vəziyyət necə görünür:

Ermənistanın qanunsuz silahlı birləşmələri və ordusunun nizami hərbi qulluqçuları Qarabağda qalmaqda davam edir.

Zəngəzur dəhlizi işə salınmayıb, üstəlik, bu yaxınlarda Soçidə keçirilən görüşdə Paşinyan bu öhdəliyi yerinə yetirməkdən ümumiyyətlə imtina edib.

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır.

İşğaldan azad edilmiş ərazilərdə ermənilərin minaladıqları sahələrinin xəritələri Azərbaycana təhvil verilməyib.

Ermənilərin separatçı rejiminin Qarabağda qanunsuz fəaliyyəti davam edir. Üstəlik, qondarma DQR-i canlandırmaq üçün xaricdəki erməni diasporlarının himayədarı olan milyarder Ruben Vardanyan oyuna salınıb.

Ermənistan tərəfi mütəmadi olaraq silahlı təxribatlar və insidentlər təşkil edir, təmas xəttində Azərbaycan mövqelərini atəşə tutur, mina təxribatı törətmək üçün Azərbaycan ərazisinə basqınlar edir.

İrəvanın səyləri ilə regiona kənar oyunçular – Avropa İttifaqı (“müşahidə” missiyası) cəlb olunur, məqsədi Cənubi Qafqazda sabitliyi pozmaq olan ATƏT, Fransa və ABŞ irəli çəkilir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər