28 Noyabr 2022 15:35
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan Qarabağın dağlıq hissəsini Azərbaycana təhvil vermək üçün hər şeyi edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Avetik Çələbyan deyib.

Ekspert Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə “siyasi maneə” kimi baxdığını bildirib.

Çələbyanın sözlərinə görə, Paşinyan 44 günlük müharibədən dərhal sonra indi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziləri Azərbaycana təhvil verməyə çalışıb.

Ekspert bu prosesin indi də davam etdiyini iddia edir:

“Məndə belə təəssürat yaranır ki, Paşinyan Qarabağı Azərbaycanın qəbul etməyə hazır olduğundan daha böyük hazırlıqla təhvil verir. Bəllidir ki, Paşinyan və komandası açıq-aşkar anti-Qarabağ yanaşmasına malikdir. O, hakimiyyətə də Qarabağın təhvil verilməsi ideyası ilə gəlib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər